Yuxarı

Ruben Vardanyan Qarabağdan qaçmağa hazırlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruben Vardanyan Qarabağdan qaçmağa hazırlaşır

Azərbaycanın Qarabağ iqtisadi zonasına sığınaraq, öz varidatını Qərbin sanksiyalarından qorumağa çalışan rusiyalı milyarder Ruben Vardanyanın Xankəndidən qaçacağı barədə məlumata daha biri əlavə olunub.

Axar.az xəbər verir ki, İnfoport.am öz mənbələrinə istinadla Ruben Vardanyanın yaxın vaxtlarda separatçıların “dövlət naziri” vəzifəsindən azad ediləcəyini yazıb. İddiaya görə, buna səbəb Vardanyanın son qalmaqallı açıqlamalarıdır.

Vardanyanın “qalmaqallı açıqlamaları” dedikdə isə onunla Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı konflikt göstərilir. R.Vardanyan hər fürsətdə Paşinyanı tənqid edir, ən sonuncu çıxışında isə “Ermənistan hakimiyyəti bizə heç bir kömək etməyəcəyini bildirdi” deməklə, Paşinyanı hədəfə çıxarmışdı.

Qeyd edək ki, bundan öncə R.Vardanyanın Rusiyadakı və Ermənistandakı bütün əmlaklarını sataraq, məxfi şəkildə Britaniyaya yerləşdirdiyi haqda məlumat yayılmışdı. Bildirilirdi ki, Vardanyan Qarabağda qalmağın “perspektivsizliyini” anlayıb və aradan çıxmağa çalışır.

Ümumiyyətlə isə onun Qarabağa sığınması öz var-dövlətini sanksiyalardan qorumağa hesablanmışdı. Çirkli yollarla milyardlıq varidat toplayan Vardanyan Qarabağın təbii sərvətləri hesabına pul qazanmağa davam edəcəyini və çirkli pullarını yuyacağını hesablamışdı. Məhz buna görə də 10 dekabr 2022-ci ildə Azərbaycan mütəxəssislərinin yataqlarda monitorinqinə imkan verməmək üçün “aksiya” təşkil etmişdi.

Vardanyanın öz hiyləsi öz başında çatlayandan – ekoloji terroruna qarşı azərbaycanlı ekofəalların aksiyası başlayandan sonra isə ona münasibət də dəyişdi. Artıq hər kəs anladı ki, Vardanyan yalnız sərvətini qorumaq və artırmaq üçün Qarabağdakı erməni icmasından sui-istifadə edir.

Bundan sonra onun sərvətini Britaniyaya daşıdığı, özünün isə qaçmağa hazırlaşdığı haqda məlumat yayıldı. Görünür, Vardanyan “üzusulu” getmək üçün “vəzifədən çıxarılmasına” çalışır.

Tarix
2023.01.14 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla