Yuxarı

İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək.

Gənclər və İdman Nazirliyindən Axar.az-a bildiriblər ki, fevralın 1-də Qoşa qala meydanında gerçəkləşəcək tədbir saat 10:00-da başlayacaq və 17:00-dək davam edəcək.

Yarmarka nazirlik və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən “Gənclər evi” sosial xidmət müəssisələri tərəfindən həyata keçirilən müxtəlif fəaliyyətlərin ictimaiyyətə yaxından tanıdılması, habelə yaradıcı və fiziki məhdudiyyətli gənclərin iştirakı ilə onların hazırladıqları əl işlərinin sərgi-satışı, bir sözlə, inklüzivliyin təmin edilməsi məqsədilə keçirilir.

Eyni zamanda yarmarkada bir-birindən maraqlı və müxtəlif məzmunlu yarışlar olacaq. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Yarmarkada Gənclər evlərinin istedadlı gənclərinin iştirakı ilə maraqlı musiqi nömrələri təqdim ediləcək.

Tarix
2023.02.01 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla