Yuxarı

Tərtərdə məmur arvadını və ustanı buna görə öldürüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtərdə məmur arvadını və ustanı buna görə öldürüb

11:03

Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.

Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib.

Tərtər rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

Tərtər rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüat məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.

Qətlə yetirilən Gülnar Məmmədova Tərtər rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin baş məsləhətçi olub, digər qətlə yetirilən Namiq Allahverdiyev isə onların evində usta işləyib.

Gülnar Məmmədovanın həyat yoldaşı Asif Məmmədov onların yaxın münasibətlərindən şübhələnib. Bu gün səhər saatlarında Asif Məmmədov evinə qayıdarkən həyat yoldaşını Namiq Allahverdiyevlə yataqda tutub. O, odlu silahla Namiq Allahverdiyevi qətlə yetirdikdən sonra arvadının da başını kəsib.

Tarix
2023.02.19 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla