Yuxarı

“Şamaxı yolu”ndakı parkinq ləğv edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Moskva prospektində, "Şamaxı yolu" deyilən ərazidə yerləşən avtomobil tunelinin üzərindəki parklanma yeri ləğv edilib.

Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, parkinqin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün həyata keçirilib.

Bu qərar Azəryolservis ASC və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə razılaşdırılıb. Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələrinin əksəriyyəti çıxarılıb.

Tunelin üzərində qalmış 4 nəqliyyat vasitəsinin sahibi də tapılandan sonra əraziyə giriş Azəryolservis ASC tərəfindən tamamilə bağlanacaq. Bunun üçün köhnə səki daşlarının yerinə daha hündür yeni səki daşlarının düzülməsi işi aparılacaq.

Hələliksə parkinqə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı müvəqqəti olaraq beton maneələrlə alınıb. Bu cür addımların parkinq üçün hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub.

Lakin qanunsuz parklanma yerləri təkcə avtomobil tunellərinin üzərində deyil, həmçinin yol ötürücülərinin alt hissəsində də mövcuddur.

Bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaradır. Bu üzdən həmin ərazilərdə də duracaqların ləğvi aparılacaq.

Tarix
2015.11.25 / 11:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla