Yuxarı

Azərbaycan kosmik peyklər istehsal edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda kosmik sənaye sahəsi inkişaf etdikcə gələcəkdə kosmik peyklərin ölkəmizdə hazırlanacağı istisna olunmur".

Bunu Report-a müsahibəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktorunun l müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov deyib.

Azərbaycanın peyklərinin yerli mütəxəssislər tərəfindən idarə edildiyini deyən professor bildirib ki, kosmik sənaye inkişaf etdikcə yerli mütəxəssislərin kosmik sənayenin inkişafındakı iştirak payı daha da çoxalacaq və onlar bütün mərhələlərdə fəaliyyətlərini özlərinin daxili imkanları hesabına həyata keçirəcəklər.

T.Süleymanov bu sahədə kadr hazırlığından da danışıb: "Hazırda Milli Aviasiya Akademiyasında Aerokosmik fakültə fəaliyyət göstərir. Bizim mütəxəssislər də akademiyada pedoqoji fəaliyyətə cəlb olunurlar. Mən də orada professor kimi fəaliyyət göstərirəm. Oranın təhsildə fərqlənən məzunları Milli Aerokosmik Agentliyində işə qəbul olunur, xarici ölkələrdə təşkil olunan ixtisasartırma kurslarına göndərilir. Akademiyanın digər fakültələrindən də işə cəlb olunanlar var. Bizim agentliyin nəzdində doktorantura şöbəsi fəaliyyət göstərir. Bu il dekabr ayında doktoranturaya qəbul imtahanları keçiriləcək. Bu günə kimi bizim agentliyin doktoranturasında 400-500 nəfər təhsil alıblar. Onların arasında agentlikdə qalan, pedaqoji fəaliyyətlə məşğul olanlar, yüksək vəzifələrdə çalışanlar da var".

Direktor müavini qeyd edib ki, texnologiyalar yeniləndikcə kadrların da inkişafına təlabat yaranır. Onun sözlərinə görə, agentlik bu məsələni bəzi müəssisələrin xarici ölkələrin nüfuzlu kosmik mərkəzlərində təşkil olunmuş treninq kurslarda təcrübə keçməsinə şərait yaratmaq yolu ilə həll edir.

T.Süleymanov onu da xatırladıb ki, agentlik Kosmik Məsələlər üzrə İslam Təşkilatının üzvüdür: "Təşkilatın mərkəzi ofisi Pakistanın Karaçi şəhərində yerləşir. Biz həmin təşkilatın tam hüquqlu üzvüyük. Mütəmadi olaraq hər il bir neçə nəfərin orada xüsusi təcrübə keçməsi üçün şərait yaradılır".

Tarix
2015.11.25 / 15:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla