Yuxarı

Heydər Əliyevin görülməmiş fotosu yayıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyevin görülməmiş fotosu yayıldı

Prezident İlham Əliyevin qızı, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva öz "Feysbuk" səhifəsində babası, mərhum eks-prezident Heydər Əliyevlə birgə fotosunu paylaşıb.

"Axar.az" xəbər verir ki, foto ilk dəfədir ki, mediada yayımlanır. Leyla xanım fotoyla bərabər müəllifi olduğu "Elegiya" adlı şeirini də paylaşıb.

Ekskluziv fotonu və şeiri təqdim edirik.

Elegiya

Ulduzlara uçan quşa dönəydim,

Ay da yollarıma nur ələyəydi.

Məğrur yerişinlə qoşa dönəydin,

Sənə yer üzündə yer eləyəydim.

Dinlə kədərimin pıçıltısını -

Mən yaxşı bilirəm ayrılıq nədi!..

Küləklər könlümün qışqırtısını

Kaş ki kainata yaya biləydi.

Könüllər yaşadır gur nəfəsini,

Sənsiz hər bir anın öz qüssəsi var.

Müqəddəs səsinin xatirəsini

Anlada bilərmi çağlayan çaylar?

Bulud karvanına qoşulum yenə,

Gəzim asimanı, hardasan görüm.

Çatıb ucalığa, yetişim sənə,

Əlimi əlindən yapışan görüm!

Acı göz yaşını sel elə gəlsin,

Ey yağış, soyumur dərdimin odu.

Qüssədən qocalan Ay dilə gəlsin,

Söyləsin, ruhunun haradı yurdu?

Dağ idin, çiynimi dağlara verdim,

Dağların dərdini çəksə, dağ çəkər.

Sənə məhəbbətim dağlar qədərdi,

Yerini dağlardan soruşum bəlkə?

Bəlkə çinarlarla baş-başa verim,

Görən qovuşarmı boyum boyuna?

Gərək sənə yetə bu qəmli şeirim,

Gərək sənə yetə... haqqım var buna.

Nurunu gözümdə saxlayım necə? -

Möcüzə yaratmaq gəlmir əlimdən.

Parçalan, ey zülmət, çəkil, ey gecə,

Günəşə qovuşmaq istəyirəm mən!

Tarix
2014.01.26 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla