Yuxarı

Daxili Qoşunların komandanı Bakıda hərbi hissədə olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daxili Qoşunların komandanı Bakıda hərbi hissədə olub

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov yanvarın 26-da gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və tədris prosesinin vəziyyətini yoxlamaq məqsədilə qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yeləşən "N" saylı hərbi hissəsində olub.

Daxili İşlər Nazirliyi Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, hərbi hissə komandanlığı gənc əsgərlərin mövcud şəraiti, aparılan fərdi psixoloji söhbətlər, həmçinin sağlamlıq durumları barədə geniş məruzə edib.

Daxili Qoşunların komandanı gənc əsgərlərin hərbi xidmətə çağırışa qədərki dövrdə ailə vəziyyəti, məşğul olduqları peşə sahələri, eləcə də hazırkı mənəvi-psixoloji keyfiyyətlərinin dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb.

O, eyni zamanda, hərbi hissənin tibb məntəqəsində müalicə olunan gənc əsgərlərlə maraqlanıb, səhhətlərində əsasən mövsümü xəstəliklərin müşahidə olunduğu bir neçə hərbi qulluqçuların daima həkim nəzarətində olması tapşırığını verib.

Sonra ənənəvi olaraq əsgər valdeynləri ilə görüş keçirilib, onların fərdi qaydada müraciətləri dinlənilib. Əsgər valideynləri övladları üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər (Trend).

Tarix
2014.01.26 / 14:45
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla