Yuxarı

Azercell Samsung istifadəçilərinə 5G sınamağa imkan yaradır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lider mobil operator Samsung smartfonları üçün eksklüziv 5G lisenziyasını əldə edən ilk yerli mobil operator oldu

Bu gündən etibarən Azercell abunəçiləri Fəvvarələr Meydanı boyu Samsung S22 seriyalı smartfonlarında da 5G texnologiyasını sınaqdan keçirə bilərlər. Belə ki, aprel ayının 6-dan başlayaraq “Samsung Azərbaycan” lider mobil operator ilə birgə əməkdaşlıqda bu smartfon modelləri üçün 5G dəstəkli proqram təminatını istifadəyə verir.

Azercell abunəçiləri hər hansı əlavə ödəniş etmədən telefonlarının ekranlarında *595#YES yığmaqla mövcud internet trafikləri çərçivəsində 5G sürətini test ərazisində sınaqdan keçirə bilərlər. Əlavə olaraq, 5G-ni ilk dəfə sınaqdan keçirən abunəçilərin nömrələrinə 24 saat ərzində 5GB həcmində internet paket də hədiyyə ediləcək. Hədiyyəlik internet paket 30 gün ərzində qüvvədə olacaq.

Qeyd edək ki, Azercell ölkədə ilk 5G şəbəkəsini sınaq rejimində ötən ilin dekabr ayında təqdim edib. Bununla da mobil operator yeni texnologiyaları abunəçiləri üçün əlçatan etmək üzrə bazarda liderliyi qoruyub. Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.

Hazırda 5G şəbəkəsi öz tətbiqini daha çox böyük sənaye şirkətlərində taparaq avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanının təqdim edilməsi üçün istifadə edilir. 5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsi üçün də daha geniş imkanlar yaradacaq.

5G texnologiyasının istehlakçı seqmentində uğurlu tətbiqi üçün imkanlara gəldikdə isə, onlar dünya miqyasında araşdırılır. Bu texnologiyanın təqdim etdiyi sərhədsiz imkanlar əsasında istifadəçilər üçün perspektivli və innovativ həllər hazırlanır.

Tarix
2023.04.07 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla