Yuxarı

Korrupsiyada ittiham olunan bələdiyyə sədri həbsdən buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korrupsiyada ittiham olunan bələdiyyə sədri həbsdən buraxıldı

Bir müddət əvvəl Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdi. Bu gün isə həmin şəxsin iki gün əvvəl azadlığa buraxılması barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sözügedən şəxs ev dustaqlığına buraxılıb.

“Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənovun Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) 32.5, 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət almada köməkçi) və 312-1.2-ci (nüfuz alveri) maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri Binəqədi rayon məhkəməsinin qərarı əsasında ev dustaqlığı ilə əvəz edilib və həmin qərardan prokuror tərəfindən verilmiş protest Bakı Apelyasiya Məhkəməsi tərəfindən təmin olunmayaraq şəxs ev dustaqlığına buraxılıb.

Hazırda Məhi Həsənovun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə ibtidai istintaq davam etdirilir”.

Tarix
2023.04.10 / 16:28
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla