Yuxarı

Əhalinin nəzərinə: Aprelin 12, 16 və 18-də…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhalinin nəzərinə: Aprelin 12, 16 və 18-də…

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Axar.az-a verilən məlumata görə, Günəşin səthində ləkələrin sayı azalıb. Hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir. Aprelin 9-da baş vermiş CME-lərin (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) Yerə istiqamətlənməsi təhlil olunur. Həftə ərzində orta ölçülü tac dəliyi qeyd olunsa da, hazırda Günəşin səthində tac dəliyi müşahidə edilmir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (max: 4252 pfu) olub, 10 MeV-dən çox enerjili proton seli isə həftə ərzində fon səviyyəsinə yaxın olub. Hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (328km/s), planetlərarası maqnit sahəsinin qiyməti isə artaraq Yer orbitində 10.47 nT, radial istiqamətdə isə -7.58 nT-yə çatıb.

Geomaqnit sahəsi sakit-aktiv fazalarda olub və hazırda isə qeyri-sabitdir.

Proqnoz günlərində – aprelin 10-dan 16-dək C sinif alışmanın başvermə ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 25 faiz, X (R3) sinif isə 1 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin aprelin 11-də yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.

Günəş küləyi sürətinin müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Zərrəciklər Selinin) və aprelin 7-də baş vermiş CME-nin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin müsbət qütblü CH HSS və CME-nin təsiri nəticəsində aprelin 10-dan 12-dək aktivləşəcəyi, aprelin 16-dan 18-dək geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır.

Tarix
2023.04.11 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla