Yuxarı

İki dövlət qurumu razılığa gəldi - Borc məsələsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəristiliktəchizat ASC-nin Azəriqaz İstehsalat Birliyinə olan borcunun mərhələlərlə ödənilməsi barədə razılığa gəlinib.

APA-nın məlumatına görə, bunu Azəriqaz İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev deyib. Onun sözlərinə görə, artıq borcun bir hissəsi ödənilib: "Azəriqaz" və "Azəristiliktəchizat" arasında yaranmış borc məsələsi həllini tapıb. Keçən həftənin şənbə günündən qazanxanalara qazın verilişi təmin edilib. Bu il üçün "Azəristiliktəchizat"ın "Azəriqaz"a olan borcu 8 milyon 400 min manata yaxındır. Bu il üçün artıq bu məbləğin 3 milyon manatı ödənilib. Dekabr ayında borcun yerdə qalan hissəsi yəni, 5 milyon manat ödənilməlidir".

Ə.Hacıyev əlavə edib ki, bundan sonra qazanxanalara mavi yanacağın verilməsidə məhdudiyyət olmayacaq: "Hər il "Azəristiliktəchizat"a 13 milyon manatlıq qaz verilir. Hər il bu qaz həcmi artan templə davam edir".

Onun sözlərinə görə, ümumi borc isə hər iki qurum tərəfindən müəyyənləşdirilən qrafikə uyğun olaraq hissə-hissə ödəniləcək.

Xatırladaq ki, Azəristiliktəchizat ASC-nin Azəriqaz İstehsalat Birliyinə 43 milyon manat məbləğində borcu var.

Tarix
2015.12.01 / 11:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla