Yuxarı

Azərbaycan 67-ci yerdədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

167 ölkədən ibarət siyahıda Azərbaycan 67-ci yerdədir.

Axar.az RYTN-ə istinadla xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə yeni hesabatını dərc edib.

167 ölkədən ibarət reytinqdə İKT-dən istifadə üzrə ilk pillədə Koreya Respublikası qərarlaşıb. Danimarka və İslandiya müvafiq olaraq ikinci və üçüncü pilləni tutublar.

Sözügedən reytinqdə Azərbaycan 67-ci yerdədir. Məlumat üçün bildirək ki, 2010-cu ildə ölkəmiz müvafiq göstərici üzrə 76-cı yerdə qərarlaşmışdı. Göründüyü kimi, reytinq cədvəlində mövqeyimiz 9 pillə yaxşılaşıb. İKT reytinqində Azərbaycan MDB ölkələri arasında ilk 5-liyə daxildir.

Postsovet məkanında Belarus informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə liderdir. 2010-cu ildən etibarən bu ölkə qlobal İKT reytinqində 14 pillə irəliləyib və hazırda 36-cı pilləni tutub.

Rusiya 45-ci, Qazaxıstan 58-ci, Moldova 66-cı, Gürcüstan 76-cı, Ermənistan 76-cı və Qırğızıstan 97-ci pillədə qərarlaşıb. Hesabatın müəllifləri qeyd ediblər ki, sözügedən regionda sonuncu pilləni tutmuş Qırğızıstan da İKT-nin inkişafında müəyyən uğurlar qazanıb. Belə ki, bu ölkə 2010-cu ildən etibarən dünya İKT reytinqində 15 pillə irəliləyib.

Tarix
2015.12.01 / 17:32
Müəllif
Vüqar Şahinoğlu
Şərhlər
Digər xəbərlər

Kiyev Bakını sülh sammitində iştiraka dəvət etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla