Yuxarı

Balakəndə yol terroru: 2 ölü, 1 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balakəndə yol terroru: 2 ölü, 1 yaralı

Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunda baş verən yol qəzasında iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, iki nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələn yol qəzası yanvarın 27-i axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Balakən rayonu Qullar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayonu Qullar kənd sakini, 1985-ci il təvəllüdlü, Saramanov Çinqiz Məhəmməd oğlu idarə etdiyi "VAZ 2106" markalı, 08 BD 169 dövlət nömrə nişanlı avtomobillə Qullar kəndindən rayon mərkəzi istiqamətində hərəkətdə olarkən, yolun kənarındakı piyada, Qullar kənd sakini 1960-cı il təvəllüdlü Bodurova Məryəm Cəlal qızını vurub. Çinqiz Saramanov Məryəm Bodurovanın vurduqdan sonra avtomobilin hərəkət istiqamətini itirərək maşını yolun kənarındakı hasara çırpıb. Baş vermiş qəza nəticəsində piyada Məryəm Bodurova və Çinqiz Saramanov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Çinqiz Saramanovun avtomobilində olan sərnişin, Qullar kənd sakini 1986-cı il təvəllüdlü Akubayev Sərxan Nadir oğlu isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Balakən MRX-dan APA-ya verilən məlumata görə, Sərxan Akubayevin hazırda vəziyyəti orta-ağır hesab edilir, müalicəsi xəstəxanada aparılır.

Fakla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Tarix
2014.01.28 / 00:26
Müəllif
Axar.az
Digər xəbərlər

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla