Yuxarı

ABŞ bizi qoruyur, Obalıya terror ehtimalı… - Çöhrəqanlı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ bizi qoruyur, Obalıya terror ehtimalı… - Çöhrəqanlı

Amerikanın təhlükəsizlik və kəşfiyyat orqanları var. Əhməd bəy özü də koma halında deyil. Danışır, məlumat verir. Hətta deyib ki, 6 nəfər idi və onları tanıyır.

Bu sözləri Axar.az-a ABŞ-da yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlı Günaz TV-nin rəhbəri Əhməd Obalının vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.

O, bu hadisədə terror izi olmadığını bildirib:

“Əgər terror aktı olarsa, Amerika dövləti, gizli servisi lazım olan raporu verəcək. Əgər açıqlamasalar, demək, adi savaş və toqquşma olub. Əhməd bəyin restoranı var. Müştərilər bəzən problem yaradır. Hadisə bu səbəbdən də ola bilər. Bunların hamısı ehtimaldır. Amma çox üzüldük və keçmiş olsun deyirik”.

M.Çöhrəqanlı İran hökuməti tərəfindən Amerikada yaşayan milli fəallara, həmçinin ona qarşı belə bir təhlükənin ola biləcəyini düşünmədiyini bildirib:

“Hiss edirəm ki, Amerikanın təhlükəsizlik orqanlarının nəzarəti altındayıq. Bizi qoruyur. 20 ildir buradayam, mənə qarşı bir hadisə və ixtilaf olmayıb. Ümid edirəm ki, bundan sonra da olmayaacq. Olsa da olsun. Azərbaycan televizyalarından birinə demişdim ki, bu fars-molla rejimi bizim maddi-mənəvi varlığımızı məhv etməkdədir. Biz ölməliyik ki, milli varlığımız ölməsin. Biz can və qan verməliyik ki, Azərbaycanımız yaşasın”.

Qeyd edək ki, ABŞ-da mühacir həyatı yaşayan Əhməd Obalı 6 nəfərin hücumuna məruz qalıb və şiddətli şəkildə döyülüb. Ona İran xüsusi xidmət orqanları tərəfindən sui-qəsd edildiyi də istisna deyil.

Tarix
2023.05.21 / 23:18
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla