Yuxarı

İlkin Süleymanov son söz üçün məhkəmədən vaxt istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlkin Süleymanov son söz üçün məhkəmədən vaxt istədi

13:41

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Axar.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkilləri ötən gün başladıqları müdafiə çıxışlarını davam etdirəcəklər.

Eyni zamanda prosesdə İ.Süleymanovun son söz deyəcəyi və hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəmişdi.

***

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin müdafiəçilərinin çıxışından sonra son söz demək üçün İ.Süleymanova verilib.

Lakin o, son söz üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi iyunun 2-dək təxirə salınıb.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Tarix
2023.05.25 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

Almaniya Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla