Yuxarı

Azərbaycanda ilk: Hava Şarları Festivalı keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 17-18-də Azərbaycanda ilk dəfə olaraq Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək.

Bu barədə Axar.az-a Hava Şarları Festivalının Təşkilat Komitəsindən məlumat verilib.

Bildirilib ki, Şamaxı şəhərində baş tutacaq tədbirin ilk günü - iyunun 17-də layihənin iştirakçılar üçün təqdimatı olacaq, hava şarları, uçuş barədə məlumat veriləcək, əyləncə proqramı olacaq. İyunun 18-də isə Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanmış hava şarları qalxacaq. Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edəcək. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edəcək.

"Bu, bölgəmizin turizm imkanlarının təbliği baxımından mühüm əhəmiyyətə malik bir layihə olacaq. Festival turistlər üçün yeni, yerli əhali üçün isə tanış məkanları yüksəklikdən görmək, heyrətamiz peyzajdan zövq almaq üçün unikal imkandır. İştirakçılar Şamaxının əsrarəngiz mənzərəsini quş uçuşu hündürlüyündən izləyə biləcəklər. Unudulmaz xatirəyə çevriləcək aerostatdakı uçuş inanılmaz sərbəstlik hissi, isti küləyin qoxusu, sevinc və xoş emosiyalar bağışlayacaq. Hava şarlarında uçuş unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarlarının festivalları keçirilir və turistlər məhz bu uçuşların keçirildiyi yerə səfər edir. Bu ildən etibarən isə belə imkan Azərbaycanda da yaradılır. Bunun üçün sadəcə Şamaxıya gəlməyiniz kifayət edəcək", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, hava şarları festivalları Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Nyu Meksikonın Albukerke, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya və digər şəhərlərdə keçirilir. Ənənəvi keçirilməsi nəzərdə tutulan Hava Şarları Festivalının birinci ilinə giriş dəvətnamə ilə olacaq. Festivalın sonunda iştirakçılara uçuşdan xatirə olaraq sertifikatlar veriləcək.

Tarix
2023.05.25 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla