Yuxarı

Masallıda əməliyyat: maşından 7 kq narkotik çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masallıda əməliyyat: maşından 7 kq narkotik çıxdı

Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayonun Ərkivan qəsəbəsinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Fəzalət Əliyev VAZ-2106 markalı avtomobildə saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 2 kiloqram 400 qramdan artıq heroin və 4 kiloqram 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı F.Əliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə F.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq hərəkətləri davam etdirilir.

Tarix
2023.05.27 / 09:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla