Yuxarı

Bu ərazilərimizə güclü yağış yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havanın temperaturu mayın 26-da iqlim normasından 3.4° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-29° isti, Naxçıvanda 28°-dək isti, dağlıq rayonlarda 20-25° isti, yüksək dağlıq ərazilərdə 13°-dək isti, aran rayonlarında 34°-dək isti olub.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, mayın 27-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı: Şəki 53.0 mm (aylıq normanın 51 %-i), Qax 38.0 mm, Gədəbəydə 32.0 mm, Mingəçevirdə 30.0 mm (aylıq normanın 66 %-i), Sədərəkdə 17.0 mm, Altıağacda 10.0 mm, Yevlax, Naftalan, Göygöl, Ordubad, Naxçıvan, Lerikdə 7.0 mm, Tovuzda 6.0 mm, Oğuz, Daşkəsən, Şahbuzda 4.0 mm, İsmayıllı, Qobustan, Gəncədə 3.0 mm, Şabran, Balakəndə 2.0 mm, Culfa, Şəmkir, Ağstafa, Zaqatala, Şahdağ, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağada 1.0 mm-dək olub.

Külək: Cənub-qərb küləyi arabir Daşkəsən, Göyçayda 25 m/s, Mingəçevirdə 21 m/s, Gəncə, Tərtər, Naftalanda 20 m/s, Naxçıvanda 18 m/s, Cocuqmərcanlı, Sədərəkdə 16 m/s, Şirvan, Yevlaxda 15 m/s-dək güclənib.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 31-i gündüzədək davam edəcək. Arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Tarix
2023.05.27 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla