Yuxarı

“Tərtər işi”: 5 illik həbsdən sonra bəraət verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Tərtər işi”: 5 illik həbsdən sonra bəraət verildi

Tərtər hadisələri zamanı dövlətə xəyanətdə təqsirli bilinərək 11 il müddətinə məhkum edilmiş hərbçi Sədayıl Şükürova bəraət verilib.

Axar.az xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü ləğv olunub.

Məhkəmə bu qənaətə gəlib ki, məhkum şəxsə verilmiş ittihamlar əsassızdır.

Qərara əsasən, Sədayıl Şükürova bəraət verilib və o, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Məlumatı vəkil Rəsul Cəfərov təsdiq edib.

Qeyd edək ki, Sədayıl Şükürov 2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanət, tabeliyindəki hərbi qulluqçunu döymə, döyüş növbəsi qaydalarını pozma cinayətlərini törətməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Gəncə Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlamışdı.

Sonradan Ali Məhkəmə qərarı ləğv edərək işi apellyasiya baxışına qaytarmışdı.

Tarix
2023.05.31 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla