Yuxarı

Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il fevralın 20-də Almaniyadan İrana getdikdən sonra barəsində məlumat olmayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin iyunun 1-də bu ölkədə casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Axar.az xəbər verir ki, Səfərlinin anası Dilarə Əsgərova “Amerikanın səsi”nə açıqlamasında İran Xarici İşlər Nazirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi cavaba əsasən Azərbaycan Xarici İşlər Nazirliyinin ona oğlunun casusluq ittihamı ilə həbs edilməsi barədə məlumat verdiyini deyib.

"Bu casusluq ittihamını eşidəndə həm gülməyim gəlir, həm də ağlamağım. Fərid və casusluq, bu, gülməlidir. Günahsız bir insanın casusluq ittihamı ilə həbs edilməsi isə ağlmalıdır. Kifayət qədər ağır ittihamdır. Bu maddə ilə ittiham olunanlara hansı ağır cəzanın verildiyini firkirləşəndə bir ana kimi ürəyim parça-parça olur", - o qeyd edib.

Dilarə Əsgərova oğlunun azad olunmasına kömək etməsi xahişi ilə Azərbaycan Prezidentinə müraciət edəcəyini bildirib. O, həmçinin Almaniya hökumətinə də müraciət edəcək.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Dilarə Əsgərova bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib", - o qeyd edib.

Əsgərova martın son günlərində İranda oğlunu axtarıb, amma oğlu ilə bağlı məlumat əldə edə bilməyib. Bundan sonra ana martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin taleyi ilə bağlı İranın Azərbaycandakı səfriliyinə iki dəfə nota verib.

Tarix
2023.06.01 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Həştərxan qubernatoru Mehriban Əliyevanı təbrik etdi

Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik etdi

İlham Əliyev Vladimir Zelenskini təbrik etdi

Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu

İlham Əliyevin təşəbbüsləri Asiya ölkələrində... – Səfir

Paşinyandan Qarabağla bağlı üç etiraf...

Bayramov Lavrovla danışdı: Həştərxandakı iclas...

İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta

Azərbaycan və Suriya arasında görüş: Təhlükəsizlik...

Müharibə vaxtı Azərbaycanın İsrailə yardım etməsi... - İran

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla