Yuxarı

Nurullayev tədbirə qatıldı, güneylilər etiraz etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nurullayev tədbirə qatıldı, güneylilər etiraz etdi

Milli Məclisin üzvü Razi Nurullayevin Parisdə Milli Müqavimət Şurasının təşəbbüsü ilə keçirilən “Azad İran-2023” toplantısında iştirakı ilə bağlı Axar.az-a müsahibəsi:

- “Azad İran -2023” toplantısında iştirakınız güneylilər tərəfindən necə qarşılandı?

- Mənə yazdılar ki, niyə Cənubi azərbaycanlı soydaşlarımızı və onların təşkilatlarını müdafiə etmirsiniz? Güney təşkilatlarını müdafiə edirəm, hər zaman da hazıram, onlarla dəfələrlə görüşlərim olub. Amma onların yüzlərlə təşkilatı var ki, bunu dünya qəbul etmir. Dünya bir kənara, özləri belə öz aralarında bir-birlərini qəbul edə bilmirlər. Onları heç kim tanımır, BMT-yə, dünyaya çıxa bilmirlər, parçalanıblar. Məsələ mənim müdafiəmdə deyil, istərdim ki, Cənubi Azərbaycanla və bizim soydaşlarımızla bağlı dünyada vahid bir təşkilat olsun ki, biz onu BMT-yə çıxarda bilək. Onu bütün dünya ölkələri, parlamentləri qəbul etsin. Gəlin, baxaq görək, Cənubi Azərbaycan adına yaradılan təşkilatın tədbirinə Amerikanın vitse-prezidenti gələcəkmi? Yox. Onun üçün də birləşməlidirlər. Vahid bir Güney Azərbaycan təşkilatı olmalıdılar. Beynəlxalq təşkilat da bilsin ki, məktubu bir tərəfdən alır. Yoxsa, parçalanıblar, yüzlərlə təşkilat var, adlarını, liderlərini də yadda saxlamaq olmur. Onlara böyük hörmətim var. Arzum budur ki, birləşsinlər, vahid təşkilat ortaya qoyaq, biz də dəstək olaq, gücləndirək.

- Güney Azərbaycan təşkilatları hansı strategiyanı seçməlidirlər?

- Missiyalarını dəyişməlidirlər. İranın parçalanması ilə bağlı fikirlər qəbul olunmayacaq. Strategiyanı düzgün seçməliyik. Hədəfimiz, niyyətimiz ayrı, ancaq praktik siyasətimiz reallıqlara uyğun olmalıdır. Bununla bağlı çox ciddi araşdırmalara və müzakirələrə ehtiyac yaranıb. Bu müzakirələrə və ehtiyacların müəyyən olunmasında iştirakçı olmağa hazıram. Kimin bununla bağlı narahatlığı var, onları da dinləyə bilərəm.

-İran Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəviyə dəstəyiniz də müzakirə mövzularındandır…

-Məryəm Rəcəvini bütün dünya dəstəkləyir. Mənim iştirak etdiyim konfransda Amerikanın keçmiş vitse-prezidenti Mayk Pens, Con Bolton, Pompeo, Böyük Britaniyanın keçmiş Baş naziri Liz Trass, bütün dünya ölkələrinin parlamentinin nümayəndələri, bir çox ölkənin yüksək çinli məmurları iştirak edib. Gücü olan insana dəstək vermək lazımdır. Məryəm Rəcəvi İranın və azərbaycanlıların düşməni deyil.

- M.Rəcəviyə olan dəstəyinizin səbəblərini açıqlayardınız…

- Dünya İranı vahid görmək istəyir, onun parçalanmasını istəmir. Cənubi Azərbaycanla bağlı bir təşkilatı dəstəkləmək İranın parçalanması anlamına gələr. Odur ki, bu, çətindir. Məryəm Rəcəvi İranın bütövlüyünü istəyir. Bütöv İranda dəyişiklik, demokratiya tərəfdarıdır. Onun üçün Cənubi Azərbaycan məsələsi yoxdur, bütöv İran var. Orada yaşayan xalqlar öz azadlığına qovuşsun, öz dilində yazıb-pozsun və Konstitusiyanın verdiyi hüquqlardan istifadə edilsin. Onun üçün vacib olan budur. Biz Məryəm Rəcəvidən Cənubi Azərbaycana hər hansı müstəqilliyin verilməsini gözləyə bilmərik. Yəqin ki, muxtariyyətin verilməsi ilə bağlı söhbətlər sonrakı mərhələdə aparıla bilər və niyə də aparılmasın. Ona görə də dünya tərəfindən güc-qüvvə ala bilir.

Tarix
2023.07.06 / 09:12
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycandan keçməklə Ermənistana buğda göndərilir

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla