Yuxarı

Əzizov başçı müavinlərinə xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əzizov başçı müavinlərinə xəbərdarlıq etdi

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrində sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Bu barədə Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən BŞİH başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb.

Şəhərin mərkəz ərazilərinin təmizliyini qeyd edən Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərinin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğunu vurğulayıb.

BŞİH tərəfindən qəsəbələrdə aparılan monitorinqlərinin hesabatı dinlənilib və hazırlanan video-film nümayiş edirililib.

Ciddi tələbkarlıq və prinsipiallıq şəraitində keçən müşavirədə müzakirələr zamanı bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb.

Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edilib

Qaradağ RİHB-nın Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun, Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovun, Binəqədi RİHB M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Zaur Qafarovun, Xəzər RİHB Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılması həmin rayonların RİH başçılarına tapşırılıb.

Həmçinin əraziyə nəzarətin artırılması, təmizlik məsələlərinin ciddi nəzarətdə saxlanıması və nöqsanların aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilib.

Eyni zamanda sabah, sentyabrln 2-də paytaxtda daxili iməcliyin keçirilməsi qərara alınıb.

Tarix
2023.09.01 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla