Yuxarı

Türkiyə Azərbaycanı hər zaman dəstəkləyəcək - Aktürk

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə regionda baş verən siyasi hadisə və prosesləri diqqətlə izləyir və Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün atılan addımları dəstəkləyir.

Axar.az xəbər verir ki, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin Milli Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zəki Aktürk deyib.

O bildirib ki, qəhrəman Azərbaycan Ordusu 30 il müddətində işğal altında qalan torpaqlarını azadlığa qovuşdurdu və ərazi bütövlüyünü bərpa etdi. Kontr-admiral qeyd edib ki, Azərbaycan Ordusu 44 gün sürən Vətən müharibəsində böyük şücaət nümayiş etdirdi.

Sentyabrın 27-də Azərbaycanın Qarabağ bölgəsinin azad edilməsi üçün başladılan əks-hücum əməliyyatlarının üçüncü ildönümünün tamam olduğunu xatırladan Zəki Aktürk şəhidlərin xatirəsinin hörmətlə anıldığını bildirib və onlara Allahdan rəhmət diləyib.

Zəki Aktürk bəyan edib ki, Türkiyə hər zaman Azərbaycanı dəstəkləyəcək.

Sonra kontr-admiral Türkiyədə həyata keçirilən terror əleyhinə əməliyyatlar barədə məlumat verib. Nəzərə çatdırıldı ki, Türkiyənin Silahlı Qüvvələrinin həyata keçirdikləri əməliyyatlar nəticəsində bu günə kimi 38 min 694 terrorçu zərərsizləşdirilib.

Tarix
2023.09.28 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla