Yuxarı

Riad Əhmədov dəfn olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:40

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.

Axar.az xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.

Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra Riad Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.

***

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi başa çatıb.

Vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təşkil olunub.

Onun nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.

***

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun nəşi dəfn edilib.

Mərhumun nəşi ll Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tarix
2023.09.30 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Suriyaya qaz verdi - 4 ölkədən bəyanat

Bakının bu addımı Suriyada qayıdışı sürətləndirir - Zorlu

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

Bakıdan Dəməşqə uzanan enerji körpüsü... – Təhlil

Azərbaycandan Suriyaya nə qədər qaz ötürüləcək?

Trampın təklifi: Putin 10 günü gözləmədən cavab verdi

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən... - Bayraqdar

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək

Suriyalı nazir Azərbaycana təşəkkür etdi

Azərbaycan qazının Suriyaya ixracına başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla