Yuxarı

“Azərinşaat” işçilərin maaşını ödədi – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərinşaat” işçilərin maaşını ödədi – Rəsmi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən müvafiq tədbirlər nəticəsində Azərinşaatservis ASC gecikdirilmiş əmək haqqı borcunu işçilərə tam şəkildə ödəyib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı nazirlik yayıb.

Görülən tədbirlər nəticəsində 5 485 149 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Bu məbləğin 43 faizi (2 362 875 manat) Azərinşaatservis ASC-nin işçilərə ödənilməsini gecikdirdiyi əmək haqlarından ibarət olub.

Ümumilikdə son illərdə Xidmət əmək haqqı və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə qanunvericiliyin tələblərinə uyğun şəkildə vaxtlı-vaxtında ödənilməsinə xüsusi diqqət yetirir.

Xatırladaq ki, 2015-ci il ərzində ödənilməsi təmin edilmiş gecikdirilmiş sosial xarakterli ödənişlərin 91,7 faizini (5 032 263 manat) əmək haqları, qalan hissəsini isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib. Bundan başqa, ötən il işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 22 nəfərin Xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması da təmin edilib.

Tarix
2016.01.11 / 13:13
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla