Yuxarı

Azərbaycanda məmur oğlu öldürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda işgəncə ilə öldürülən şəxslə bağlı bəzi faktlar məlum olub.

APA-nın məlumatına görə, yanvarın 7-də paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

V. Abbasov açıqlamasında oğlunun qatillərinin hələ tapılmadığını bildirib: "Oğlum bir aydan çox idi tək yaşayırdı. Ailəsində söz-söhbət olduğu üçün həyat yoldaşı uşaqları da götürüb evdən gedib. Fəridin səhhətində də problemləri var idi. Biz şuşalıyıq. Qarabağ müharibəsində atılan top mərmilərinin səsindən onda psixoloji problemləri yaranmışdı. Dəfələrlə bundan müalicə də alıb. Ona görə də heç yerdə işləmirdi. Paltarını, yeməyini özüm aparırdım. Kimlərlə əlaqələrinin olduğunu bilmirdim".

V. Abbasov hadisə ilə bağlı polisə ifadə verdiyini qeyd edib: "Hələlik istintaq gedir. Bildiyimə görə tutulan yoxdur".

Qeyd edək ki, yanvarın 7-də Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu R. Rüstəmov küçəsindəki mənzidə tapılıb.

Tarix
2016.01.12 / 12:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla