Yuxarı

Vaqif Xaçatryanın məhkəməsi keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaqif Xaçatryanın məhkəməsi keçirildi

10:42

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi keçirilib.

Axar.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə tərəfindən ona hüquq və vəzifələri izah edilib.

Bildirilib ki, V.Xaçatryanın hüquqlarını Natiq Bəybalayev müdafiə edəcək.

Prosesdə dövlət ittihamçıları baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri cövdət Mehrəliyevdir.

Prosesdə Zərərçəkmiş şəxs qismində isə Xocalı rayon icra hakimiyyətinin nümayəndəsi Murad Hüseynov və Meşəli kənd sakini Hüseyn Hümbətov iştirak edib.

Çıxış edən dövlət ittihamçısı Müqəddəs Sultanov prosesin məhkəmə baxışına verilməsini təklif edib.

Məhkəmə müşavirəyə gedib.

Məhkəmənin baxış iclası oktyabrın 17-nə təyin edilib

Tarix
2023.10.13 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla