Yuxarı

Ramil Usubov Çexiya səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov Çexiya səfiri ilə görüşdü

Ramil Usubov Çexiya Respublikasının səfiri ilə görüşüb.

Axar.az xəbər verir ki, bu gün Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı qəbul edib.

Qonağa Daxili İşlər Nazirliyinin funksiyaları və fəaliyyət istiqamətləri, həmçinin, ölkədəki kriminogen durumla bağlı məlumat verilib.

Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənəcəyinə, srateji tərəfdaşlığa dair ötən il imzalanmış birgə bəyannamənin əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdıran daxili işlər naziri hər iki dövlətin anoloji qurumları arasındakı əlaqələrin vaxtilə ATƏT-in Bakı Ofisi vasitəsilə yarandığını bildirib.

Qeyd olunub ki, hələ 2003-cü ilin iyun ayında adıçəkilən qurumla Daxili İşlər Nazirliyi arasında A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbə yardım göstərilməsinə dair imzalanmış protokola əsasən, sözügedən tədris ocağında bir sıra təmir-tikinti işləri aparılıb, təcrübə mübadiləsi və ixtisaslarının artırılması məqsədilə məktəbin müəllimləri müxtəlif vaxtlarda Çexiyada olublar.

Nazir əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu, bu məqsədlə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair saziş layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim edildiyini xatırladıb.

Səfir Vitezslav Pivonka səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Tarix
2016.01.14 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla