Yuxarı

Məktəblər donuz qripinə qarşı dezinfeksiya oluna bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblər donuz qripinə qarşı dezinfeksiya oluna bilər

Lazım gələrsə, donuz qripi təhlükəsi ilə əlaqədar 2009-cu ildə olduğu kimi, bu il də ümumtəhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov məlumat verib.

V.Qasımov bildirib ki, əgər hansısa məktəbdə donuz qripi ( H1N1) virusuna yoluxma ilə bağlı şübhəli hal yaranarsa, həmin məktəbdə dərhal dezinfeksiya işləri aparılacaq: "Əlbəttə ki, bu işlər dərsə mane yaratmasın deyə şənbə, bazar günləri aparılacaq. Prosesə ilk olaraq iri şəhər məktəblərindən başlanılacaq, çünki şəhərlərdə insan sıxlığı daha çox olur. Onu da qeyd edim ki, bütün bu tədbirlər ölkədəki epidemioloji vəziyyətə əsasən həyata keçiriləcək".

Sektor müdiri hazırda ölkəmizdə donuz qripi ilə bağlı epidemioloji vəziyyətin stabil olduğunu və bu günə qədər heç bir təhlükənin aşkarlanmadığını qeyd edib: "Yenə də mütəmadi olaraq şübhə doğuran şəxslərin müayinələri aparılır. Hələ ki, bütün nəticələr müsbətdir. Heç bir yoluxma halı qeydə alınmayıb".

Qeyd edək ki, Gürcüstan, Türkiyə, İran, Ermənistan kimi qonşu ölkələrdə yayılan donuz qripi xəstəliyi yüzlərlə insanın ölümünə səbəb olub.

Tarix
2016.01.20 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan beynəlxalq informasiya gündəliyinin formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Şuşa Forumunda bu suallar niyə verilmədi?

İlham Əliyev onu bu jesti ilə təəccübləndirdi - Foto

Prezidentlər Ağdamdadır

Ötən il İlham Əliyevlə müsahibəm olmuşdu, bu il isə...

ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla