Yuxarı

Bir neçə rayonda vətəndaşlardan odlu silahlar götürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir neçə rayonda vətəndaşlardan odlu silahlar götürüldü

Polis əməkdaşları tərəfindən İsmayıllı, Mingəçevir və Ağdaşda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi, eləcə də saxlanılması qaydalarının pozulmasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini müvafiq sənədləri olmadan saxladığı 2 ov tüfəngini könüllü olaraq polisə təhvil verib. Həmçinin, keçirilən tədbirlərlə rayon ərazisində qanunsuz ov edən şəxs müəyyən edilib. Ondan da ov zamanı istifadə etdiyi tüfəng götürülüb.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülərək aidiyyəti üzrə təhvil verilib.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan rayon sakini müəyyən edilib. Həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.

Tarix
2023.11.20 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla