Yuxarı

Neftçalada şəhid anasını hədələyib, pulunu apardılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftçalada şəhid anasını hədələyib, pulunu apardılar

Dünən gecə Neftçalada şəhid Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın tək olduğundan xəbər tutan maskalı şəxslər evə daxil olub, ona bıçaqla hədə-qorxu gələrək, evdə olan 800 manat pulu götürüb qaçıblar.

Axar.az xəbər verir ki, bu barədə Elyar İslamoğlu məlumat yayıb.

O bildirib ki, şəhid Telman Kəlbiyevin həyat yoldaşı ilə əlaqə saxlayıb:

“Hadisə gecə olub. Şəhidimizin xanımı da hərbiçidir, iki övladı ilə birlikdə Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də, Bakıya gəlməyib, rayondakı evdə oğlunun xatirələri ilə yaşayacağını, orada qalanda oğlunun məzarını tez-tez ziyarət edə bildiyini deyib.

Telman Kəlbiyev yeddi bacının yeganə qardaşıdır.

“Onun sağlığında qapımıza heç kim pis niyyətlə yaxınlaşa bilməzdi. İndi bizi sahibsiz görüblər, dünən gecə evə maskalı şəxs girib, şəhidin anasına bıçaq çəkib evdəki pulu aparıblar. Anam şəhid üçün verilən təqaüdü toplayaraq Telmanın ildönümünə hazırlaşırdı. Heç olmasa, qapımızdakı bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını, övladlarını gözü yaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə getdi", - şəhidin xanımı deyib.

Qeyd edək ki, Telman Kəlbiyev Ömər aşırımı uğrunda gedən doyüşlərdə şəhid olub, onun cənazəsi ailəsinə 26 dekabr 2020-ci ildə təhvil verilib.

Tarix
2023.11.27 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın İrana zərbə qərarı: ABŞ bu ölkələri “itirir”

İlham Əliyev Xurelsuxaya məktub göndərdi

Zakir Həsənov Ərdoğanla eyni tədbirdə - Foto

Trampın Xameneinin dəfni ilə bağlı tələbi...

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bakı bu ölkədə "ASAN xidmət"ə dəstək verəcək

Erməni cinayətkarların apellyasiya məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla