Yuxarı

Qaraheybət faciəsindən 2 il ötür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 2 il ötür.

Axar.az-ın məlumatına görə, 2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb:

Şəhid olan hərbçilərin adları:

1. Polkovnik Cavadov Füzuli Əli İbram oğlu;

2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;

3. Mayor Həsənov Elmir Mircəlil oğlu;

4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. Mayor Mayılov Emil Şahid oğlu;

6. Mayor Məmmədov Murad Yaşar oğlu;

7. Mayor Əliyev Emil Elman oğlu;

8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. Leytenant Süleymanov Abdulla Telman oğlu;

13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. Nəbiyev Elçin Fikrət oğlu (ehtiyatda olan polkovnik).

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Müəyyən olunub ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olub. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınıb. Bundan ötən qısa müddət ərzində pilotlar helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər.

Tarix
2023.11.30 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla