Yuxarı

Böyük rejissor böyük yazardan film çəkmək istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli serbiyalı kinorejissor Emir Kusturitsa rus dilində film çəkmək arzusundadır.

Axar.az Calvertjournal-a istinadən xəbər verir ki, rejissor bu barədə məlumatı iştirak etdiyi 9-cu "Kustendorf" film və musiqi festivalında deyib.

Rusiya kinosunun gələcəyi haqqında fikirlərini bölüşən E.Kusturitsa Fyodor Dostoyevski haqqında da film çəkmək istədiyini qeyd edib:

"Dostoyevski haqqında film çəkmək istəyirəm, mənim milyonlarla ideyalarım olur, bu isə mənim ən böyük problemimdir. Ömrümün axırına kimi mütləq rusca bir film çəkəcəyəm. Rusiyanı sevirəm, çünki damarlarımda rus qanı axdığını hiss edirəm. Rus rejissorlar Hollivudun təsiri altına düşməməlidirlər. Ədəbi ənənəsi çox böyük olan Rusiyada mövzu və məzmun genişliyi Qərb nümunələrini təkrar etməməyə imkan verir".

Qeyd edək ki, E.Kusturitsa hazırda Serbiyada yanvarın 22-də açılmış 9-cu "Kustendorf" kinofestivalında iştirak edir.

Tarix
2016.01.27 / 01:42
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla