Yuxarı

PFL prezidenti Xankəndiyə gedən yolda qəzaya düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
PFL prezidenti Xankəndiyə gedən yolda qəzaya düşdü

09:46

Ağdamda mikroavtobus maneəyə çırpılıb.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mersedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

Ağdamda mikroavtobus maneəyə çırpılması nəticəsində xəsarət alanların adları bilinib.

Trend xəbər verir ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər - Rasim Məmmədrəsul oğlu Qafarlı (1982), Elxan Zakir oğlu Səmədov (1974) və Aslan Yadigar oğlu Şahgəldiyev (1982) müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Məlumata görə, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev isə PFL-in vitse-prezidentidir.

***

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi "Mersedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol nişanına çırpılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, nəticədə sürücü R.Qafarlı və avtomibildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elxan Səmədov Peşəkar Futbol Liqasının (PFL) prezidentidir.

Tarix
2023.12.16 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla