Yuxarı

Yumurta ixracı başladı: ölkəmizdə bahalaşacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yumurta ixracı başladı: ölkəmizdə bahalaşacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycandan Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Artıq bu razılıq əsasında ötən gün 720 min ədəd yumurta Rusiyaya göndərilib. Rusiyaya yumurta ixrac edilməsi Azərbaycanda bu məhsulun qiymətinin artmasına səbəb ola bilərmi?

İqtisadçı ekspert Rəcəb Orucov Axar.az-a bildirib ki, Rusiyaya yumurta ixrac edilməsi daxili istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq.

“İstehsal olunan məhsulların ixracının artması ölkədə prioritet istiqamətlərdən sayılır. Azərbaycanda yumurta istehsalını artırmaq üçün kifayət qədər potensial var. Ona görə də deyə bilərik ki, bu ixrac daxili istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq”, - o vurğulayıb.

Ekspertin sözlərinə görə, daxili istehlak bazarında yarana biləcək problemlər yerli istehsalın artırılması hesabına kompensasiya oluna bilər.

Kənd Təsərrüfatı Nazirliyindən də bildirilib ki, Rusiyaya ixracın ölkəmizdə yumurtanın qiymətinə hər hansı təsir edəcəyi gözlənilmir:

“Çünki Azərbaycanda yumurta istehsalı artıb. 2023-cü ilin 10 ayının yekunlarına görə, yumurta istehsalı 2,3% artaraq 31,74 milyard ədəd təşkil edib. 2024-cü ildə isə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır”.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiyası İctimai Birliyinin sədri Mürvət Həsənli deyib ki, bu ilin sonuna qədər Rusiyaya 3 milyon 600 min ədəd yumurta ixrac ediləcək.

Tarix
2023.12.18 / 14:06
Müəllif
Valeh Dadaşov
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla