Yuxarı

Zahid Orucun özəl günü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zahid Orucun özəl günü

Bu gün Milli Məclisin ən fəal millət vəkillərindən olan Zahid Orucun 44 yaşı tamam olur.

Axar.az xəbər verir ki, Zahid Məhərrəm oğlu Orucov 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub.

1994-cü ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb.

1992-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini, 1999-2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

2000-ci ildə Milli Məclisə üzv seçilib. Hazırda Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq "Parlament Jurnalistlər Birliyi"nin və Azərbaycan Respublikası Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb.

Beynəlxalq Marşall Mərkəzində onlarla qeyri-hökumət təşkilatlarının, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən layihələrin fəal tərəfdaşı kimi müxtəlif sertifikat və digər nominasiyaları alıb.

Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl məqalələrlə çıxış edir. Rus, türk və ingilis dillərini bilir.

Ailəlidir, iki övladı var.

Tarix
2016.02.01 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla