Yuxarı

Bakıda daha bir yol açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonu Naxçıvanski küçəsində təmirdən sonra hərəkət bərpa edilib.

Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, küçənin hər iki istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru və əksinə olan 1 km 700 metrlik hissəsi yüksək keyfiyyətlə təmir edilərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Bundan sonra əraziyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 16 min kvadratmetr sahənin 11 sm qalınlığında asfaltlanması işləri aparılıb.

Ortalama eni 9 metr olan küçəyə 3400 poqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 54 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.

Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.

Tarix
2016.02.01 / 17:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla