Yuxarı

Xalası oğlunun evindən 20 min oğurladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədidə mənzildən külli miqdarda pul oğurlayan şəxs tutulub.

Report rayon polis şöbəsinə istinadən xəbər verir ki, Aşağı Avşar kənd sakini Rabil Məmişov şikayət ərizəsi ilə polisə müraciət edərək evindən içərisində 10 min dollar və 10 min manat, eyni zamanda bir ədəd qızıl boyunbağı olan dəmir seyfin oğurlandığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, cinayəti törədən şəxs 25 yaşlı Məhərrəmov Samir Ramiz oğludur. O, polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Gənc oğlan ilkin ifadəsində bildirib ki, o, evə giriş qapısını açarla açmaq yolu ilə girib, daha sonra yataq otağında yerləşən paltar dolabının gözlüyündəki dəmir seyfi oğurlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 –cü maddəsi üzrə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, şübhəli şəxs zərərçəkənin doğma xalası oğlu olmaqla yanaşı, həm də yaxın qonşusudur.

Tarix
2016.02.01 / 22:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla