Yuxarı

Maskalıların qaçırdığı şəxs huşsuz tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda maskalı şəxslər tərəfindən qaçırılan gənc bir gündən sonra yaşadığı ərazinin yaxınlığında huşsuz vəziyyətdə tapılıb.

Report-un məlumatına görə, hadisə rayonun Stansiya adlanan yaşayış məntəqəsində qeydə alınıb. Belə ki, 20 yaşlı Radil Mirzəyevə naməlum şəxslər hücum edib. Həmin şəxslər tərəfindən döyülərək huşsuz hala düşən R.Mirzəyev yaxınlıqdakı yarımtikilidə bir gün saxlanılıb. Yaşadığı evdən bir qədər aralıda tapılan R.Mirzəyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəstəxanadan bildirilib ki, Radil Mirzəyev döyülərək bədəninin müxtəlif nayihələrindən xəsarətlər alıb: "Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. İlkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. O, bədən və baş nahiyəsindən xəsarət alıb. Radil Mirzəyevin baş nahiyəsində iynə izi aşkarlanıb. Xəstə baş nahaiyəsinə həmin şəxslər tərəfindən iynə vasitəsi ilə naməlum maye vurulduğunu bildirir. Həmin mayenin hansı maddə olduğu aparılan ekspertizadan sonra məlum olacaq".

Zərərçəkən Radil Mirzəyev ona hücum edənlərin dörd nəfər maskalı şəxs olduğunu bildirib.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. Həmin şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Tarix
2016.02.06 / 11:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla