Yuxarı

Fond fərdi uçota düşənlərin sayını açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı il fevralın 1-ə olan statistikaya əsasən, yanvar ayında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 10.514 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Fonddan Axar.az-a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,33 faiz artıb. Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3.190.668 nəfərə yüksəlib.

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,22 faizi (1.889.443 nəfər) kişi, 40,78 faizi (1.301.225 nəfər) isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,11 faizini (801.289 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,01 faizini (670.334 nəfər) 30 yaşa kimi olan şəxslər, 21,16 faizini (675.057 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 20,38 faizini (650.127 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 12,34 faizini (393.861) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Qeyd edək ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Tarix
2016.02.08 / 18:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla