Yuxarı

Xocavənddə partlayış: xəsarət alan var - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:06

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov əlindən xəsarət alıb.

Vətəndaş xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Xocavənd rayonunun Çartar kəndi ərazisində bu gün səhər saatlarında arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

***

Xocavənd ərazisində arıçılıq təssürüfatında partlayış nəticəsində xəsarət alan Tovuz rayon sakini Ələsgərov Samir Füzuli oğlunun sağ əlinin barmaqları amputasiya olunub.

TƏBİB-dən bildirilib ki, Tovuz rayon sakini 1996-cı il təvəllüdlü (cinsi kişi) Xocavənd rayonu ərazisində hərbi təyinatlı partlayıcının partlaması nəticəsində xəsarət alması səbəbilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Əməliyyat şöbəsinə hospitalizasiya olunub:

“Ona sağ əlin barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Tarix
2024.02.10 / 12:59
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəyə qarşı “təzyiq aləti” - Paşinyan imkan vermədi

Alimdən xəbərdarlıq: Nəsiminin gorunu açmaq...

Rusiya səfirliyimizə raket atdı

Nikol 9 noyabr bəyanatının qüvvədən düşdüyünü açıqladı

Bu kəndlər Azərbaycana məxsusdur - Paşinyan

Azərbaycanla sülhün olması o demək deyil ki... - Paşinyan

Prezident Maqdalena Qrononu qəbul etdi - Foto

Rzayev etimadnaməsini Maduroya təqdim etdi

İlham Əliyev Qələbə Paradında iştirak edəcək

Bakını və bizi dəvət ediblər, üzv ola bilərik - Mirzoyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla