Yuxarı

Sabirabad polisindən silah və narkotik əməliyyatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabirabad polisindən silah və narkotik əməliyyatı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər quldurluq və narkotiklərə görə məhkum olunmuş Səid Zeynalov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı çəkisi 400 qramdan artıq olan marixuana, eləcə də bir ədəd “Naqan” markalı tapança aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı rayonun Əsgərbəyli kənd sakini İlyar Kərimov da saxlanılıb. Onun yaşadığı ünvandan isə 30 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən son 10 gün ərzində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasına istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 nəfər saxlanılıb ki, onlardan 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Tarix
2024.02.12 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla