Yuxarı

Əhmədin 10 il öncə bıçaqladığı oğlanın anası danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhmədin 10 il öncə bıçaqladığı oğlanın anası danışdı - Video

Əhməd məktəb illərində həmyaşıdına 18 bıçaq zərbəsi vurub.

Axar.az xəbər verir ki, bu barədə Speys TV telekanalında yayımlanan “Gəl, danış” verilişində Aynur adlı xanım deyib.

Qadın oğluna Əhməd Əhmədovun məktəb illərində xəsarət yetirdiyini bildirib:

“Oğlum yarışlarda iştirak edirdi. İdman yarışlarında medalları var. Hətta yarış üçün xarici ölkəyə təyyarə bileti almışdı. Səhər məktəbdə uşaqlarla görüşməyə gedəndə Əhməd uşağı sinifdən çıxarıb. Getdiyi yerdə birdən beşbarmağı çıxarıb iki dəfə uşağımın kürəyindən vurub. Daha sonra 18 bıçaq zərbəsi endirərək oğlumu xəstəxanalıq edib. O zaman polisə müraciət etsək də, adamımız olmadığı üçün iş yarımçıq qaldı. Anası direktor, atasının isə Moskvada restoranları var idi. Bu uşaq paxıl, özbaşına, xain idi. İstəyirdi ki, hər şey onun olsun. Nahaq qan yerdə qalmadı. Hazırda oğlum yaxşıdır. Amma yarışlarda iştirak edə bilmir”.

Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı, qardaşı - 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bacısı - 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədova və onun azyaşlı övladını qətlə yetirib.

Əhmədin 15 yaşında olarkən 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürdüyü ilə bağlı da məlumat yayılmışdı.

Tarix
2024.02.14 / 18:09
Müəllif
Sevil Əliyeva
Digər xəbərlər

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla