Yuxarı

Azərbaycanda Uşaq Məlumat Bankı yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Uşaq Məlumat Bankı bu ilin aprel-may aylarında istifadəyə veriləcək.

Komitədən Axar.az-a daxil olan məlumatda bildirilir ki, hazırda bankın yaradılması üçün işlər aparılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun sözlərinə görə, banka ilkin olaraq, 2,5 milyon uşaq haqqında məlumatların yerləşdirilməsi nəzərdə tutulur:

"Uşaq məlumat bankına uşaqlarla bağlı bütün məlumatlar - onların nailiyyətləri, valideynləri, qohumları, valideyn himayəsindən məhrum olub-olmaması, uşağın dövlət uşaq müəssisəsinə yerləşdirilib-yerləşdirilməməsi, uşağın zorakılığa məruz qalıb-qalıb qalmaması, yaxud onun özü tərəfindən zorakılığın törədilib-törədilməməsi, bir sözlə uşaq haqqında bütün məlumatlar daxil edilir. Belə bir sistemin yaradılması çox əhəmiyyətlidir. Çünki gələcəkdə həmin sistem əsasında uşaqlara qarşı bütün zorakılıq faktları - məişət zorakılığı, insan alveri, o cümlədən, onların nailiyyətləri barədə bütün məlumatları ümumiləşdirərək təqdim edə biləcəyik".

Komitə rəhbəri qeyd edib ki, bankın yaradılması uşaq siyasətinin formalaşdırılmasında böyük rol oynayacaq: "Uşaq Məlumat Bankı yaradıldıqdan sonra məişət zorakılığı qurbanları ilə bağlı məlumat bankının yaradılması üçün texniki hazırlıq işlərinə başlanılacaq".

Tarix
2016.02.21 / 12:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla