Yuxarı

Millət vəkili nazirliyin siyasətini tənqid etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili nazirliyin siyasətini tənqid etdi

Hazırda sahibkarlar gözləmə mövqeyi tutublar. İqtisadiyyata əsaslı kapital qoyub yeni müəssisə yarada biləcək sahibkarların isə kreditlərə çıxışı çox çətindir.

APA xəbər verir ki, bu təkliflə Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili deyib ki, artıq Azərbaycan bankları manatla kreditləri yalnız müstəsna hallarda verir. "Dollarda isə kredit götürülmür. Onlar hələ də növbəti devalvasiyanın olub-olmayacağından əmin deyillər. Şəxsən millət vəkili kimi məndə əminlik yoxdur. İqtisadiyyat Nazirliyinin, nazir Şahin Mustafayevin baş verənlərdən bir anlayışı varmı? Onun çıxış yolları barədə bir fikri varmı? Şəxsən bu mənə qaranlıq qalırsa, yəqin ki sahibkarlar üçün zülmətdir. İqtisadiyyat Nazirliyi ictimaiyyətə bir açıqlama verməlidir. Deməlidir ki, bu problem var və çıxış yolu budur, bunları bu cür aradan qaldıracağıq", - deyə o bildirib.

Tarix
2016.02.23 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla