Yuxarı

Yeni kart sistemi avtobus sürücülərinin “cibinə girir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni kart sistemi avtobus sürücülərinin “cibinə girir”

Avtobuslarda kartla tətbiq edilən yeni ödəniş sistemindən əldə edilən vəsait müəmmalı şəkildə mənimsənilir.

Yanvarın 18-dən paytaxtda sərnişindaşımanı həyata keçirən Transqeyt MMC-ə məxsus 10 və 95 nömrəli marşrutlarda gediş haqqı kartlarıyla ödənilməsinə başlanılıb.

"Axar.az"ın əməkdaşı Azərbaycanda ictimai nəqliyyatda yenilik olan bu sistemin tətbiqi ilə bağlı reyd keçirib. Paytaxta sərnişindaşımanı həyata keçirən 10 nömrəli marşrutun sürücüləri əməkdaşımızla söhbət zamanı yeni sistemin tətbiqindən narazılıqlarını bildiriblər. Sürücülərin sözlərinə görə, karta yığılan məbləğ əsas plan məbləğindən çıxılmır: "Rəhbərlik bizə demişdi ki, kartla yığılan vəsaitin miqdarından asılı olaraq gündəlik ödəyəcəyimiz plandan çıxılacaq. Biz bu marşrutda gündəlik 107 manat plan ödəyirik, amma kartla ödənilən gediş haqqının bu plana təsiri yoxdur. Yəni yeni sistemin bizə xeyri yox, ziyanı var. Onsuz da qəpik-quruş qazanırdıq, indi bizi daha da istismar edirlər".

"Sürücülərin iddiası tam əsassızdır"

Transqeyt MMC-nin direktor köməkçisi Samir Hüseynov "Axar.az"a açıqlamasında sürücülərin iddiasını təkzib etdi:

"Kartda yığılan məbləğ əsas plan məbləğindən çıxılır. Sürücüdən qoyulan planı almaq mümkün deyil, o ki, qaldı artıq planı alasan. Yenə deyirəm, artıq gələn vəsait hesablanır, plandan çıxılır. Əgər elə bir sürücü varsa, o sürücünü tapın gətirin, biz məsələni aydınlaşdıraq. Bir daha təkrar edirəm ki, sürücülərin iddiası tam əsassızdır".

Xatırladaq ki, Nəqliyyat Nazirliyinin məlumatına görə, 2014-cü ilin sonunadək paytaxtdakı bütün ictimai nəqliyyat tamamilə kartla ödəniş sisteminə keçəcək.

Tarix
2014.02.07 / 17:18
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla