Yuxarı

Avtobuslara dönüş bileti də almaq olacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtobusla gediş-gəliş biletlərini əvvəlcədən almaq mümkün olacaq. Dövlət avtomobil nəqliyyatı xidməti bunun üçün sistem qurur.

Xəzərxəbər-in məlumatına görə, sistem hazır olduqdan sonra sərnişinlər hər iki tərəfə bileti həm onlayn, həm də avtovağzalların kassalarından əldə edə biləcəklər.

Sərnişinin dediyi kimi Bakı Beynəlxalq Avtovağzalından bölgələrə yalnız birtərəfli qaydada bilet satışı həyata keçirilir. Əks istiqamətə, qayıdışa isə əvvəlcədən bilet almaq olmur. Buna görə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti ikitərəfli biletin internet vasitəsi ilə onlayn satışı üçün sistem üzərində işləyir.

Sistem hazır olduqdan sonra həm Bakıdan, həm də rayonlardakı avtovağzalların kassalarından əvvəlcədən gediş-gəliş biletini almaq mümkün olacaq. Məqsəd xüsusilə də bayram günlərində rayonlara gedib, dönüşdə yaşanan sıxlığın qarşısını almaqdı.

Gediş-gəliş biletinin qiymətində həm onlayn, həm də kassadan alınarkən heç bir artım olmayacaq. Yaxın vaxtlarda tətbiq ediləcək sistem sərnişinlərlə yanaşı sürücülərin də ürəyincədir.

Bakı Beynəlxalq Avtovağzalda bilet satışı kassaları isə üçüncü mərtəbəyə qaldırılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızının sözlərinə görə Novruz bayramı ilə əlaqədar martın 15-dən tətil qurtarana qədər avtovağzal gücləndirilmiş iş rejmində işləyəcək.

Tarix
2016.03.01 / 21:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla