Yuxarı

21 yaşlı azərbaycanlı Moskvada qətl törətdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
21 yaşlı azərbaycanlı Moskvada qətl törətdi - Video

Moskvada 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov parkinq üstündə mübahisə zəminində 25 yaşlı Kirill Kovalyova xəsarət yetirib.

Axar.az xəbər verir ki, bu barədə "Maş" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, aprelin 17-də Kovalyov Krasnodarski küçəsində yaşayan nişanlısını görməyə gəlib. O, Şahin Abbasova məxsus qanunsuz park edilmiş “Toyota Kamri” markalı avtomobilə diqqət çəkib.

Kirill səkidə avtomobil saxlamağın yolverilməz olduğunu deyərək Şahinə irad tutub. Buna cavab olaraq, Şahin qışqırmağa başlayıb və motosikletə görə oradan çıxa bilmədiyini deyib. Bu zaman tərəflər arasında dava düşüb. Şahin həmin şəxsi döyüb və qarnına bir bıçaq zərbəsi vuraraq qaçıb. Kirill 1.5 saat sonra aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda şübhəlinin tutulması istiqamətində işlər aparılır.

Rusiya mətbuatının məlumatına görə, Şahin Abbasov Rusiyada qanunsuz yaşayırmış. Hadisənin baş verdiyi ərazinin yaxınlığında onun atası və qardaşı yaşayır.

Tarix
2024.04.18 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla