Yuxarı

Bakıda hektarlarla yeri zəbt edən “qovulmuş” məmurlar…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhər gözəlləşir, infrastruktur yaradılır və insanların rahatlığı üçün xeyli addımlar atılır. Bu işlərin fonunda yarımçıq tikililər narahatlıq yaradır. Yarımçıq tikililər bütün şəhər ərazisində var. Onlar böyük əraziləri tutub və istifadəsiz qalıb.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, yarımçıq tikililərin tutduğu yüzlərlə hektar ərazilərlə bağlı qərar verilməlidir:

“Yüz hektarlarla hasarlanmış ərazilərlə bağlı niyə addımlar atılmır? Bunlar kiminsə əmlakı ola bilər, amma bu o demək deyil ki, “ərazimdir, özüm bilərəm” məntiqi ilə davransın. Özümüzü müqayisə etdiyimiz Avropa ölkələrində həyətyanı sahələrdə əkilən qazonun biçilməsi və hündürlüyü ilə də bağlı standart var. Yarımçıq tikililər həm də ona görə var ki, hansısa vəzifəli şəxslər, yaxud onlara bağlı biznesmenlər zamanında tikməyə başlayıb, vəzifədən alınıb, yaxud həbs edilib və biznes imperiyası alt-üst olub. Amma yenə də bu yarımçıq tikililəri illərlə saxlamaq düzgün deyil. Ya onlardan qanuni yollarla alınıb istifadəyə verilsin, ya da özlərinə vaxt qoyulsun ki, tikintini başa çatdırsınlar. Yox, qanunsuzdursa, baş plana uyğun deyilsə, o zaman sökülməsi və ya başqa məqsədlər üçün istifadəsi ilə bağlı qərarlar verilsin”.

Deputat bildirib ki, müxtəlif nazirliklərin, komitələrin, əksər dövlət qurumlarının tərkibində tikinti şöbələri var:

“Bilmirəm bu sovetlərdən qalma ənənədir, yoxsa sonradan yaradılıb. Nazirliklərin, dövlət qurumlarının öz işləri var, birbaşa səlahiyyətləri ilə məşğul olsunlar, tikinti ilə yox. Ona görə də təklif edirəm ki, aidiyyəti olmayan dövlət qurumlarında tikinti şöbələri ləğv edilsin. Ayrıca bir dövlət agentliyi, yaxud komitəsi olsun və onlar tikinti ilə məşğul olsunlar. Bu, çox səmərəli bir yanaşma olar və aidiyyəti dövlət qurumları da tikinti yarışına girişib, əsas vəzifələrini yaddan çıxarmazlar”.

Tarix
2024.04.19 / 12:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyev Bakını sülh sammitində iştiraka dəvət etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla