Yuxarı

Rabitəbankda biznes hesabını banka gəlmədən aça bilərsiniz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb.

Belə ki, sahibkar fiziki və hüquqi şəxslərin hesab açması və kart sifariş etməsi üçün filiala yaxınlaşmasına ehtiyac yoxdur. Artıq Rabitəbank müştəriləri istədikləri yerdən biznes hesabını rahatlıqla açmaqla biznesini inkişaf etdirə bilər.

Hesabın açılması prosesi Rabitəbankın rəsmi internet səhifəsi üzərindən həyata keçirilir. Müştəri ASAN İmza vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim edir. Daha sonra müştəri özünə uyğun olaraq videogörüş üçün vaxt müəyyənləşdirir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir və imzalanması üçün müqavilələri göndərir. Beləliklə, bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra Rabitəbank tərəfindən hesablar avtomatik açılır.

Məsafədən hesab açılma prosedurunu İnternet Bankçılıq sistemi üzərindən - https://rbt.az/mh həyata keçirə bilərsiniz.

Rabitəbank ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Tarix
2024.04.19 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla